Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hövsan Mədəniyyət sarayı N saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi çərçivəsində konsert proqramı təqdim edib.

Konsertdə “Dalğalar” instrumental ansamblı, gənc müğənnilər Sakit Mehdizadə, Esmira Məmmədova və başqaları çıxış ediblər.

Hərbi-vətənpərvərlik mövzulu konsert proqramı əsgərlər və onların valideynləri tərəfindən maraqla qarşılanıb.