Fransanın ölkəmizdəki səfirliyinin Bakıdakı Fransız İnstitutu və “Landmark Hotel Baku”nun birgə həyata keçirdiyi “Mənim fransız filmim” layihəsi davam edir. Avqustun 3-də başlayan layihədə ölkənin sənət adamları “Landmark”ın açıq terrasında nümayiş etdirilən Fransa filmləri haqqında təəssüratlarını bölüşürlər.
Avqustun 17-də “Mənim fransız filmim” layihəsi çərçivəsində Jan-Lük Qodarın “Son nəfəsdə” adlı filmi nümayiş olunacaq. Ekran əsəri barədə fotoqraf, art-kurator Rüstəm Hüseynov fikirlərini bölüşəcək.
Fransanın ölkəmizdəki səfirliyinin mətbuat xidmətindən bildirilib ki, ekran əsəri ingilis altyazıları ilə nümayiş olunacaq.
Filmlərə baxmaq üçün giriş sərbəstdir.