Xəzər Gənclər evinin təşkilatçılığı ilə Şağan Mədəniyyət mərkəzində “Gəncliyin dalğasında yay festivalı” çərçivəsində 12 avqust – “Beynəlxalq gənclər günü”nə həsr olunmuş klassik musiqi gecəsi keçirilib. Musiqi gecəsi “Gəncliyin dalğasında” festivalı çərçivəsində keçirilən ikinci tədbir olub.
Gecədə Əməkdar artist Elnarə Məmmədova, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının 4-cü kurs tələbəsi, Prezident təqaüdçüsü Nazxanım Dadaşova, beynəlxalq müsabiqələrin laureatları Gülsüm Xəlilova, Nərmin Əliyeva, Ənvər Kərimov, Atabala Manafzadə, Nərgiz Məmmədova, cazmen Məlik Ramiz, trombon ifaçısı Mustafa Xəlilov iştirak edib. Festival 8 sentyabr tarixinə qədər müxtəlif konsert, düşərgə və sərgilər ilə davam edəcək.
* * *
Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən Bərdə Tarix-Diyarşünaslıq Muzeyində “Beynəlxalq gənclər günü” münasibətilə tədbir keçirilib.
Muzeyin direktor əvəzi Mehriban Əliyeva əlamətdar günün tarixi barədə məlumat verib, Azərbaycanda gənclərin dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu bildirib. Regional idarənin məsləhətçisi Əhliyyət Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən bəhs edib.
Çıxışlardan sonra tədbir maraqlı səhnəcik və musiqi nömrələrinin ifası ilə davam edib.