Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik evində həyata keçirilən maarifləndirici layihələrdə fəal iştirakına görə astaralı gənclərin bir qrupuna təşəkkürnamə, “İlboyu bilik” proqramı üzrə rəssamlıq dərnəyinin məşğələlərini uğurla başa vurmuş dərnək üzvlərinə isə sertifikatlar verilib.
Astara şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Bilik Fondunun İnformasiya təminatı sektorunun aparıcı mütəxəssisi Abbas Əliyev, Astara Bilik evinin direktoru Yasəmən Rəsulova və Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova mükafat alan gəncləri təbrik edərək, onlara xoş arzularını çatdırıblar.