Gənclər və İdman Nazirliyi “Gənclərin təşəbbüsləri” mövzusunda qısametrajlı sosial filmlər festival-müsabiqəsi keçirir. Festival Azərbaycan hökuməti ilə UNİCEF-in ölkəmizdəki nümayəndəliyi arasında əməkdaşlığın 20 illiyinə həsr olunub. Nazirlikdən bildiriblər ki, müsabiqənin məqsədi gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini uşaq və gənclərin sosial problemlərinin həllinə istiqamətləndirməkdir.
Müsabiqədə 14-29 yaş arasında gənclər və ya gənclərin təşəbbüs qrupları iştirak edə bilərlər. İştirakçılar tərəfindən hazırlanacaq qısametrajlı sosial filmlər - həssas və təcrid edilmiş qruplardan olan gənclərin sosial inteqrasiyası, uşaq hüquqlarının müdafiəsi və bu sahədə maarifləndirmə, erkən nikahın gənc qadınların təhsilinə və sağlamlığına mənfi təsirləri və digər istiqamətləri əhatə edə bilər.
Festival-müsabiqəyə ağ-qara və yaxud rəngli formatda 10-20 dəqiqəlik və DVD diskə köçürülmüş filmlər təqdim olunmalıdır. Qısametrajlı sosial filmlər bədii, sənədli və animasiya janrında çəkilə bilər.
Müsabiqə üzrə ilk üç yerə layiq görülmüş müəlliflərə pul mükafatı və diplomlar təqdim olunacaq. Birinci yerin qalibinə UNİCEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən xüsusi mükafat da veriləcək. Müsabiqədə iştirak etmək istəyənlər filmləri aprelin 10-dək Gənclər və İdman Nazirliyinə təqdim etməlidirlər.