Prezident İlham Əliyevin 3 avqust tarixli sərəncamı ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı Azərbaycan aşıq sənətinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Dövlət başçısının 9 avqust tarixli digər sərəncamı ilə Xalq rəssamı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Natiq Əliyev Azərbaycanda heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Prezident avqustun 10-da Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, tanınmış dirijor, Xalq artisti Teymur Göyçayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sənətkar yüksək dövlət mükafatına milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə layiq görülüb.