Prezident İlham Əliyev avqustun 16-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Təltif olunanlar arasında Dövlət Sərhəd Xidmətinin Nümunəvi hərbi orkestrinin baş dirijoru, mayor Səməd Vəkilov, hərbi orkestrin solisti Tural Ağasıyev, DSX-nin rəqs ansamblının baş xoreoqrafı Fərid İbrahimov da var. Onların hər üçü “Əməkdar artist” fəxri adına layiq görülüb.