Avqustun 21-dən 23-dək Azərbaycan Milli Konservatoriyası, Heydər Əliyev Konqres Mərkəzi və “Qafqaz” hotellər şəbəkəsinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda Qurban bayramı münasibətilə konsert proqramı keçirilir.
Konsertin ilk günü Əməkdar artist Təyyar Bayramov maraqlı ifaları ilə qonaqların görüşünə gəlib. Konsertdə xanəndəni əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov müşayiət edib. Həmçinin xanəndənin tələbələri çıxış ediblər.
Milli Konservatoriyadan bildirilib ki, bayram proqramının ikinci günü Xalq artisti Mənsum İbrahimovun, üçüncü günü isə Xalq artisti Azər Zeynalovun solo konserti təşkil olunacaq.