Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən Muğam Mərkəzində tikinti işləri başa çatıb. Ümumi sahəsi 1800, ümumi daxili sahəsi isə 1580 kvadratmetr olan mərkəzin binasında 328 yerlik zal, qalereya, dekorasiya, qrim, dərs otaqları var.
Hazırda mərkəzin həyətində abadlıq və yaşıllaşdırma işləri aparılır. İşlərin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.
Xalqımızın zəngin milli-mənəvi sərvəti olan muğamın təbliğinə və onun yaşadılmasına xidmət edəcək bu mühüm layihə ölkəmizdə musiqi mədəniyyətinin inkişafına öz töhfəsini verəcək.