Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşı Etibar Kərimlinin “Antik ədəbiyyat və biz” kitabı çapdan çıxıb.

Ölkəmizdə antik ədəbiyyatın tədqiqi tarixi, bu kontekstdə qədim dövrün Şərq-Qərb elmi-ədəbi əlaqə və təsirlərinin araşdırıldığı nəşrdə klassik filologiyanın bir sıra aktual mövzularına, kulturoloji problemlərinə həsr olunan elmi-publisistik məqalələr yer alıb.