Dekabrın 14-16-da Türkiyədə “Dostluq” beynəlxalq qısametrajlı film festivalı keçiriləcək. Festival “Balkon Film” prodüser mərkəzinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, İstanbul bələdiyyəsinin dəstəyi və Türkiyə Prezidenti Administrasiyasının himayəsi altında baş tutacaq.
Hazırda iştirak üçün ərizələrin qəbulu davam edir. Festivala 50-dən çox (o cümlədən Azərbaycandan) filmlər təqdim edilib.
“Dostluq” beynəlxalq qısametrajlı film festivalında qalib olacaq ekran əsərinin rejissoruna 40, ikinciyə 20, üçüncüyə isə 12 min lirə pul mükafatı veriləcək.
Müsabiqə çərçivəsində ayrıca bir film üçün 15 min lirə dəyərində “Fəthi Gemuhluoğlu dostluq mükafatı”, 3 ekran əsəri üçün isə 5 min lirə dəyərində mükafatlar nəzərdə tutulub.
Festivala filmlərin qəbulu oktyabrın 15-dək davam edəcək.