Avqustun 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hacıağa Abbasov adına Mədəniyyət mərkəzi və Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində Qurban bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, Mədəniyyət mərkəzinin direktoru Tofiq Dadaşov və internat məktəbin direktoru Gülnarə Abdullayeva iştirak ediblər.
Mədəniyyət mərkəzinin incəsənət rəqs ansamblının çıxışı, gənc müğənnilərin ifaları alqışlarla qarşılanıb. Şən klounların və nağıl qəhrəmanlarının iştirakı uşaqların sevincinə səbəb olub.