Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə qısametrajlı bədii, sənədli filmlər və fotoşəkil müsabiqəsi elan edib.

“Şəki, mən səni sevirəm” adlı müsabiqə görkəmli kinorejissor, Xalq artisti Rasim Ocaqovun 85 illiyinə həsr edilib.

Müsabiqə iştirakçıları üçün yaş məhdudiyyəti yoxdur. Müsabiqəyə istənilən janrda qısametrajlı bədii, sənədli filmlər və fotoşəkillər qəbul olunur.

Filmlərin müddəti 10 dəqiqədən çox olmamaq şərtilə DVD diskdə təqdim olunmalıdır. Həmçinin müəllif müsabiqəyə filmlə birgə tərcümeyi-halını təqdim etməlidir. Müsabiqəyə fotoşəkillər CD diskdə təqdim olunmalıdır.

İştirak etmək istəyənlər oktyabrın 30-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına müraciət edə bilər.

Ən yaxşı qısametrajlı bədii film, ən yaxşı qısametrajlı sənədli film, ən yaxşı foto işi nominasiyalarında birinci və ikinci yerlərin qaliblərinə pul mükafatları təqdim olunacaq.