“Euronews” telekanalı Şəki pitisi haqqında
“Euronews” telekanalında Azərbaycan mətbəxinin ən məşhur və ləziz yeməklərindən olan piti haqqında süjet yayımlanıb. Süjetdə pitinin Şəki bölgəsinin ən qədim yeməklərindən biri olduğu bildirilir. Qeyd olunur ki, uzun müddət toxluq hissi yaradan pitini vaxtilə bu yerlərdə yaşayan kəndlilər hazırlayıb. İndi bu yemək hamı tərəfindən sevilir.
“Euronews” telekanalındakı süjetdə bu yağlı xörəyin əsasının qoyun əti olduğu bildirilir. Diqqətə çatdırılır ki, piti Azərbaycanın hər bölgəsində özünəməxsus hazırlanır. Ətə əsasən noxud, şabalıd, kartof, ədviyyat, qoyun piyi (quyruq) əlavə edilərək saxsı qabda bir neçə saat vam odda bişirilir.
Telekanalın müxbiri deyir: “Piti – vaxtilə Böyük İpək Yolunun keçdiyi qədim Şəki şəhərinin əsl vizit kartıdır. O vaxt da, hazırda da qoyun ətindən hazırlanmış bu yağlı, sulu yemək ağzının dadını bilənləri cəlb edir. Budur, pitimasanın üzərindədir. Hələ yeməyə başlanılmayıb. Pitisevərlər əvvəlcə ayrıcaqabaxörəyinbulyonunusüzür, lavaş, ədviyyat əlavə edərəkyeyir, dahasonra ətiniyeyirlər”.