Salyan rayon Mədəniyyət mərkəzində Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Mərkəzin direktoru Lətif Zərbəliyev, 1 saylı şəhər klubunun müdiri Nuriyyə Quliyeva, 2 saylı şəhər klubunun müdiri Həqiqət Əsgərova, Tarix-diyarşünaslıq muzeyinin direktoru Ramil Bayramov, Mədəniyyət mərkəzinin əməkdaşı Xalidə Bəşirova və başqaları Cəbrayıl rayonunun respublikamızın zəngin yeraltı və yerüstü sərvətlərinə malik qədim yurd yerlərindən biri olduğunu bildirib, xatirələrini bölüşüblər.
Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin Azərbaycan Ordusu tərəfindən azad edilməsindən sonra rayonun Cocuq Mərcanlı kəndinin sakinləri öz doğma ocaqlarına qayıdıblar.
Tədbirdə Cəbrayıla həsr olunan videoçarxlar təqdim olunub. Sonda iştirakçılar mərkəzin foyesində “Murad” Əlillər İctimai Birliyinin həvəskar rəssamlarının sərgisi ilə tanış olublar.