Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət mərkəzi tabeliyində olan klub müəssisələri ilə birlikdə Qurban bayramı münasibətilə ədəbi-bədii tədbir təşkil edib.

Mərkəzin direktoru Eldəniz Mustafayev müqəddəs bayramın fəzilətlərindən danışıb, tədbir iştirakçılarını təbrik edib. Sonra mərkəz tərəfindən hazırlanan video-xronika nümayiş etdirilib. Xalq şairi Bəxtiyar Vahabzadənin “Fəryad” pyesindən “Allah” şeiri səsləndirilib.