Sentyabrın 8-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Milli geyimlər festivalı” keçiriləcək.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Qədim musiqi alətləri ansamblı xalq mahnılarını ifa edəcək, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qruplarının, “Şərur” xalq yallı ansamblının və “Şərur qönçələri” uşaq yallı ansamblının ifasında milli rəqslər və yallılar təqdim olunacaq.

Tədbirdə müxtəlif geyim və rəsm sərgiləri açılacaq, əl işləri, qədim dövrlərə aid muzey eksponatları, o cümlədən xanlıqlar dövrünün saray geyimləri nümayiş olunacaq.

Qeyd edək ki, bu günədək “Naxçıvanqala”da “Göycə”, “Plov”, “Naxçıvan çörəkləri”, “Yallı”, “Yaradıcı əllər”, “İstedadlı uşaqlar” kimi müxtəlif festivallar keçirilib.