Qusar MKS-nin Aşağı Ləyər kənd  kitabxana filialının təşkilatçılığı ilə “Açıq kitabxana” layihəsi çərçivəsində “oxu günü” keçirilib. Tədbirdə geniş sərgi təşkil olunub, filialın işçiləri tərəfindən oxuculara yeni daxil olan kitablar haqqında məlumat verilib. Kənd sakinləri müxtəlif mövzularda kitabları oxuyublar.

* * *

Ağsu rayon Mərkəzi kitabxanasının işçiləri rayon Mərkəzi xəstəxanasında xəstələrə və tibb kollektivinə səyyar kitabxana xidməti göstəriblər.

Kitabxananın işçiləri Xalidə Səfərəliyeva və Şəbnəm Əsgərli tərəfindən göstərilən xidmət böyük razılıqla qarşılanıb.