“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Astara rayon Heydər Əliyev Mərkəzində “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda tədbir keçirilib.

Mərkəzin direktoru Kübra Səmədova, baş fond mühafizi Elza Kazımova və Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva internet resurslarının müsbət və mənfi cəhətlərindən danışıblar, şagirdlərin sualları cavablandırılıb.

“Uşaqlar və zərərli informasiya” mövzusunda film nümayiş olunub. Sonda rəssamlıq dərnəyi şagirdlərinin əl işlərinə baxış olub.

***

Cəlilabad rayon Mərkəzi Kitabxanasında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na əsasən, “Narkomaniyaya yox deyək!” adlı müzakirə saatı keçirilib. Çıxışlarda bəşəriyyəti narahat edən əsas bəlalardan biri olan narkomaniyanın acı nəticələrindən, ondan qorunma yollarından söz açılıb.