Dünya Turizm Təşkilatının yeni hesabatına görə, 2017-ci ildə Dubayda beynəlxalq turizmdən əldə edilən gəlir 77,5 milyard dirhəm (21,1 milyard dollar) olub. Bu, bütövlükdə Yaxın Şərqin qonaqpərvərlik sənayesindən əldə etdiyi gəlirin təxminən üçdə bir hissəsinə (31,1 faiz) bərabərdir.
Bu gəlirlərin həcmi əvvəlki ilin göstəricisi ilə müqayisədə 8 faiz artıb.
Məruzədə qeyd edilir ki, keçən il Yaxın Şərq 58,1 milyon qonaq qəbul edib. Bu, bir il əvvəlki illə müqayisədə 4,6 faiz çoxdur.