Yaponiyanın Yamaqata prefekturasının parlamenti sakinləri fiziki və psixoloji sağlamlığı möhkəmləndirmək üçün gündə ən azı bir dəfə gülməyə təşviq edən qətnamə qəbul edib.
Bildirilir ki, qətnamə müəllifləri Yamaqata Universiteti Tibb fakültəsinin araşdırmasına istinadən gülən insanların erkən ölüm riskinin daha az olduğunu aşkar ediblər.
Yerli parlament hər ayın 8-ni “sağlamlıq üçün gülüş günü” elan edib. Həmçinin işəgötürənlərə iş yerində gülüş dolu atmosfer yaratmaq tövsiyə olunub.
Qətnamə prefektura məclisinin bəzi deputatları tərəfindən tənqid edilib. Onlar bəyan ediblər ki, bu, xəstəlik və ya digər səbəblərdən gülməkdə çətinlik çəkənlərin hüquqlarını pozur.