Şəmkir rayon Heydər Əliyev Mərkəzində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən görüşdə Şəmkir şəhər Cümə məscidinin imamı, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İcra başçısı Alimpaşa Məmmədov çıxış edərək 21 sentyabr – Beynəlxalq sülh günü haqqında məlumat verib. DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Əliyev “Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda çıxış edib.
Çıxışlarda bu cür tədbirlərin dövlət qurumları, qeyri-hökumət təşkilatları və icmaların insan hüquqları sahəsində səmərəli əməkdaşlığının bariz nümunəsi olduğu qeyd edilib.