Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin qəbirüstü abidəsi qoyulub.
Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, abidəni məşhur heykəltəraş, Xalq rəssamı, akademik Ömər Eldarov hazırlayıb. Ö.Eldarov deyib: “Qəbirüstü abidədə qapı simvolu var. Mənası odur ki, Lütfi Zadə dünya elminin qapısını açıb. Qapı üzərində elmi əks etdirən rəmzlər də işlənilib. Bu, elmə böyük açılışdır”.
Qeyd edək ki, Lütfi Zadə 2017-ci il sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. O, vəfatından əvvəl Azərbaycanda dəfn edilməsi ilə bağlı vəsiyyət yazıb. Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək I Fəxri xiyabanda dəfn edilib.