Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə əslən Bakıdan olan, hazırda İsraildə yaşayan həmvətənlimiz Rauf Zarbailov tərəfindən daha bir xalça hədiyyə edilib.

Muzeyin direktor müavini Məhfuzə Zeynalova bildirib ki, hədiyyə olunan xalça XX əsrin ortalarına aid xovsuz xalçalar növünə daxildir. R.Zarbailov bundan əvvəl muzeyə Qarabağ və Təbriz xalçaları, miniatür rəsm əsərləri və albom da təqdim edib.