Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən sentyabrın 21-də saat 11-də Qusar rayon Heydər Əliyev Mərkəzində (Qusar şəhəri, Heydər Əliyev parkı) Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi 147) və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Rəşad Əliyev) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra №-si |
Şəhər |
Əlaqələndirici |
Əlaqə |
1 |
Xaçmaz rayonu |
Fərid Musayev |
(050) 488-86-87 (023) 325-39-42 |
2 |
Quba rayonu |
Fuad Orucov |
(050) 222-84-14 (023) 335 33-00 |
3 |
Qusar rayonu |
Neva Abdurahmanova |
(070) 518-79-41 (023) 385-58-14 |
4 |
Şabran rayonu |
Əhməd Səmədov |
(050) 206-96-30 (023) 353-25-84 |
5 |
Siyəzən rayonu |
Zəminə Qədirli |
(070) 756-45-80 (023) 304-07-67 |