Türkiyənin Antalya şəhərində keçiriləcək 55-ci Beynəlxalq Film Festivalına hazırlıq işləri başa çatıb.

Bu barədə təşkilat komitəsi keçirdiyi mətbuat konfransında məlumat verib. Bildirilib ki, festivalda iştirak etmək üçün 26 ölkədən 84 müraciət daxil olub. Sentyabrın 29-dan oktyabrın 5-dək davam edəcək festivalda ümumilikdə 55 filmin nümayişi nəzərdə tutulur.