Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Coyote Cinema” MMC-nin birgə istehsalı olan “Daxildəki ada” tammetrajli bədii filminin çəkilişlərinə başlanılıb.

Kinostudiyadan bildirilib ki, filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssamı Elturan Məmmədov, icraçı prodüseri Nadir Əliyev, prodüserləri Müşfiq Hətəmov və Rüfət Həsənovdur.

Rolları Orxan Tarverdizadə, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və digərləri canlandırırlar.