Azərbaycan

12 sentyabr 1887 – Görkəmli yazıçı, tərcüməçi, ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminli (1887 - 3.1.1943) Şuşa şəhərində doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda səfiri olub, sonra mühacirətdə yaşayıb, 1926-cı ildə Azərbaycana qayıdıb. 1940-cı ildə həbs olunub, 1943-cü ildə Rusiyanın Nijni Novqorod vilayətində həbs düşərgəsində vəfat edib. Əsərləri: “İki od arasında” (“Qan içində”), “Qızlar bulağı”, “Studentlər”, “Bir cavanın dəftəri” və s.

12 sentyabr 1921 – Şair, dramaturq Novruz Gəncəli (Novruz İsmayıl oğlu Sadıqov; 1921 - 19.10.1995) аnаdаn olub. C.Bаyronun şeirlərini, B.Brехtin “Kurаj аnа və onun uşаqlаrı” pyesini Azərbaycan dilinə çevirib.

12 sentyabr 1943 – Əməkdar incəsənət xadimi, aktyor Nizami İbrahim oğlu Həmzəyev anadan olub.

 

13 sentyabr 1905 – Aktyor Süleyman Tağızadə (1905-1960) anadan olub. “O olmasın, bu olsun”, “Kölgələr sürünür” filmlərində çəkilib.

13 sentyabr 1969 – Xalq rəssamı İsmayıl Hüseyn oğlu Axundov (15.4.1907 - 1969) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının ilk sədri olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb.

13 sentyabr 1933 – Görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Arif Cahangir oğlu Məlikov anadan olub. Nazim Hikmətin pyesi əsasında yazdığı “Məhəbbət əfsanəsi” baleti bəstəkara dünya şöhrəti gətirib. “Füzuli”, “Vətən”, “Metamorfozlar” simfonik poemaları, “İki qəlbin poeması” baleti, “Dalğalar” operettası, 8 simfoniya və s. əsərlərin müəllifidir. “Sehrli xalat”, “26 Bakı komissarı”, “Axırıncı aşırım” və s. filmlərə, tamaşalara musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru, AMEA-nın həqiqi üzvüdür.

13 sentyabr 1997 – “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında” Prezident fərmanı verilib.

 

14 sentyabr 1880 – Yazıçı İbrahim Mehdi bəy oğlu Musabəyov (1880-1942) Qəbələdə anadan olub. Yazıçının “Neft və milyonlar səltənətində” povesti əsasında 1916-cı ildə eyniadlı ekran əsəri – Azərbaycanın ilk tammetrajlı bədii filmi çəkilib. Qazaxıstanın Karaqanda şəhərində sürgündə vəfat edib.

14 sentyabr 1939 – Yazıçı-dramaturq Aslan Qəhrəman oğlu Qəhrəmanlı (1939 - 19.1.2014) Ağstafa rayonunun Yenigün kəndində doğulub. Televiziya tamaşaçılarının rəğbətini qazanmış “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” pyeslərinin, povest və hekayələrin müəllifidir.

14 sentyabr 1911 – Şair, dramaturq, ədəbiyyatşünas Müzəffər Qasım oğlu Nəsirli (1911-1980) Naxçıvan MR Şahbuz rayonunun Sələsüz kəndində anadan olub.

 

14 sentyabr 1957 – Şair, publisist Rüstəm Behrudi (Rüstəm Hidayət oğlu Alməmmədov) Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub. “Yaddaşlara yazın”, “Şaman duası” və s. kitabların müəllifidir.

14 sentyabr 1989 – Naxçıvan Dövlət Kukla Teatrı yaradılıb.

14 sentyabr 1992 – Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu, 15.6. 1924 - 1992) vəfat edib. “Bahar gələndə”, “Sən mənimlə get”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm”, “Dilqəm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.

 

Dünya

 

12 sentyabr 1921 – Polyak satirik yazıçısı Stanislav Lem (Stanislaw Lem, 1921-2006) anadan olub. Əsərləri: “Solyaris”, “Səmanın səsi”, “Yerdə sülh”, “Aldebarandan müdaxilə” və s.

12 sentyabr 1944 – Rus skripkaçısı, «Moskva virtuozları» ansamblının rəhbəri Vladimir Spivakov anadan olub.

 

13 sentyabr 1874 – Avstriya bəstəkarı Arnold Şönberq (Arnold Franz Walter Schoenberg, 1874-1951) anadan olub. Musiqidə ekspressionizmin nümayəndəsi, “Moisey və Aaron” operası, “İntizar” monodramı və s. əsərlərin müəllifidir.

13 sentyabr 1894 – İngilis yazıçısı və dramaturqu Con Boynton Pristli (John Boynton Priestley; 1894-1984) anadan olub. Əsərləri: “Mehriban dostlar”, “Mələk küçəsi”, “London dalanı”, “Cənnət guşəsi” (pyeslər), “Qretlidə qaranlıq” (roman) və s.

13 sentyabr 1905 – Fransız əsilli Amerika aktrisası, «Oskar» laureatı Klodet Kolber (Claudette Colbert - Lily Claudette Chauchoin, 1905-1996) anadan olub. Filmləri: “Kleopatra”, “Bu bir dəfə gecə baş verib”.

13 sentyabr 1924 - Fransız bəstəkarı Moris Jarr (Maurice Jarre; 1924-2009) anadan olub. 100-dən çox filmə musiqi yazıb, beynəlxalq mükafatlara layiq görülüb.

 

14 sentyabr 1321 – İtalyan şairi Dante Aligyeri (Dante Alighieri, 15.5.1265 – 1321) vəfat edib. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir. Axirət dünyasına səyahəti təsvir edən poema üç hissədən (“Cəhənnəm”, “Əraf”, “Cənnət”) ibarətdir.

14 sentyabr 1618 – Holland əsilli ingilis rəssamı Piter Leli (Peter Lely - Pieter van der Faes, 1618-1680) anadan olub.

14 sentyabr 1898 – Rus aktyoru, SSRİ Xalq artisti Mark Prudkin (1898-1994) anadan olub. Filmləri: “Karamazov qardaşları”, “On iki stul” (1976) və s.

14 sentyabr 1914 – İtalyan rejissoru Pyetro Cermi (Pietro Germi, 1914-1974) anadan olub. Filmləri: “Qanun naminə”, “İtalyansayağı boşanma” və s.

Hazırladı:  Vüqar ORXAN