Xaçmaz şəhərində Çənlibel istirahət parkında “Ana dili müəllimi” abidə kompleksi inşa edilib.
Dörd metr hündürlüyündəki heykəlin arxasındakı kitab şəkilli pannoda ümummilli lider Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram” və “Ana dili xalqın milli sərvətidir” kimi təhsillə bağlı söylədiyi məşhur sitatlar yer alıb.
Abidənin ətrafında isə Azərbaycanın 38 görkəmli yazıçı və şairinin kitablarının qranitdən hazırlanmış təsvirləri yerləşdirilib.
Yeni qurulmuş abidə kompleksi xüsusi işıqlandırma sistemi ilə təmin olunub.