“Birpərdəli pyeslər” müsabiqəsinin təşkilində əsas məqsəd xalq teatrlarının repertuarlarını kiçik həcmli tamaşalarla zənginləşdirmək, ədəbi-bədii və mövzu baxımından yüksək dəyərə malik dram əsərlərinin yazılmasına stimul vermək, yeni nəsil dramaturqların ədəbi yaradıcılığını dəstəkləmək, tamaşaçıların estetik və mənəvi zövqünün ödənilməsi üçün birpərdəli pyeslər əsasında müasir tamaşaların hazırlanmasını təmin etməkdir.

Müsabiqənin şərtləri:

• Pyeslərin mövzusu vətənpərvərlik, Aprel döyüşləri, multikulturalizm, mənəvi dəyərlər, dövrümüzün sosial-əxlaqi problemləri, sosial şəbəkələrin cəmiyyətə təsiri, dini radikalizmin fəsadları və digər aktual məsələləri əhatə etməlidir.

• Pyeslər daha əvvəl heç bir yerdə çap olunmamalı və səhnələşdirilməməlidir.

• Müsabiqəyə 35.000 (otuz beş min) işarədən artıq olmayan birpərdəli pyeslər qəbul olunur.

• Pyesin mətni üçün tələblər – şriftin qarnituru Arial 12, sətirlər arası interval 1, kağız formatı A4.

• Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər (əsərlər 5 nüsxədə olmalıdır).

• Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir.

Ən yaxşı pyeslər toplu şəklində çap olunacaq və qalib gəlmiş əsərlər xalq teatrlarında səhnələşdiriləcəkdir.

Mükafatlar:

Birinci yer – I dərəcəli diplom və 2000 manat

İkinci yer – II dərəcəli diplom və 1500 manat

Üçüncü yer – III dərəcəli diplom və 1000 manat

Müsabiqənin müddəti:

Müsabiqəyə əsərlərin qəbulu 15 noyabr  2018-ci il tarixində sona çatacaqdır.

25 dekabr 2018-ci il tarixinədək qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaqdır.

İştirakçılar sənədlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə (Hökumət evi, 3-cü mərtəbə, 308-ci otaq) təqdim etməlidirlər.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Tel.: (012) 493 23 77

E-mail: nrtis@mct.gov.az