Nazirlər Kabineti Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı və yeni tərkibini təsdiq edib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib.
Kollegiyanın sədri:
Azərbaycan Respublikasının mədəniyyət naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini,
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavinləri,
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri,
Mədəniyyət Nazirliyi Aparatının rəhbəri,
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi,
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi,
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru.