Litvanın Teleradioyayım Komissiyasının rəhbəri Edmundas Vaytekunas Seymin (parlament) qərarı ilə vəzifəsindən azad olunub. Buna səbəb onun ingilis dilini bilməməsi göstərilib. Qərar yekdilliklə qəbul edilib.
Keçmiş direktorun səlahiyyətlərini bir müddət onun müavini icra edəcək.
Qeyd edək ki, Teleradioyayım Komissiyası ölkədə bu sahəyə nəzarət edən qurumdur. Komissiyanın rəhbərini Litva Seymi təyin və azad edir.