Sentyabrın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor və xoreoqraf Raulə Rzayeva və Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Milana Sokolenkonun layihəsi olan “Səmavi” tamaşası təqdim ediləcək.
Tamaşa “YARAT Freestyle” proqramı çərçivəsində nümayiş olunacaq.
Səhnə əsəri müasir Rusiya dramaturqları A.Şipanov və A.Abrosimovun “Səmavi və ya onun həyatından dörd saat” adlı pyesi əsasında səhnələşdirilib.
Yaşından, həyat təcrübəsindən və şəraitindən asılı olaraq, hər kəs “Səmavi” tamaşasında özünə lazım olanı tapacaq.