Goranboy rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi kitabxana və Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə Azərbaycan kinosunun 120 illiyi münasibətilə tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbiri Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə baş məsləhətçisi Gündüz Hacıyev açıb.
Mərkəzin bələdçisi Mətanət Hüseynova məruzə ilə çıxış edərək kino yaradıcılığı işinin uğurlu təşkili və kino işçilərinə dövlət qayğısından ətraflı danışıb.
Rayon MKS-nin direktoru Gülnarə Nəsibova Azərbaycan kinosunun yaranma tarixindən, keçdiyi çətin və şərəfli inkişaf yolundan bəhs edib.
Mərkəzi kitabxananın Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva, 4 nömrəli Şəhər kitabxanasının işçisi Kəmalə İsmayılova, Musiqi və incəsənət məktəbinin müəllimi Səbinə Mustafayevanın çıxışları dinlənilib. Bir sıra Azərbaycan filmlərinin Goranboy rayonunda çəkildiyi vurğulanıb.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib.