“İmtahan” və “Ata ocağı” seriallarının ssenari müəllifi, aktyor Valeh Əhmədov tamaşaçıların qarşısına bu dəfə bədii filmlə çıxmağa hazırlaşır.
Müəllifin verdiyi məlumata görə, “Kişi ol” filminin çəkilişləri artıq başa çatıb. Filmdə xalq artistləri Həmidə Ömərova, Qurban İsmayılov, aktyorlar Tural Baxış, Fəridə Şahbazova, Kamil Nazim, Aysel Nasir, Xatirə Süleymanova, Flora Hüseynli, Vaqif Kərimov və başqaları rol alıblar.
Mövzusu müasir həyatdan götürülən, dram janrında olan filmin çəkilişləri Bakı və İsmayıllıda aparılıb. Hazırda film üzərində montaj prosesi gedir.