Sentyabrın 25-də Bakıdakı “Art Tover” rəsm qalereyasında “Peru Andlarının mənzərələri” adlı fotosərgi açılacaq.
Sərgi Perunun Azərbaycandakı səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə gerçəkləşəcək.
Sərgidə perulu rəssamlar - Hugo Suyo Medina, Evaristo Cayo, Guzman Emilio Huanca Yanariko və Darvin Chavezinin əsərləri nümayiş olunacaq.
Rəssamların hər biri möhtəşəm And dağlarının əzəmətini əsərlərində əks etdiriblər. Oktyabrın 6-dək davam edəcək sərgiyə giriş sərbəst olacaq.