Şotlandiyanın Dandi vilayətində Viktoriya və Albert dizayn muzeyi (V&A Dundee) açılıb. Bina yapon memar Kenqo Kuma tərəfindən 80,1 milyon funt-sterlinqə hazırlanıb. Muzeyin cari ildə 500 min ziyarətçi cəlb etməsi gözlənilir.
V&A Dundee Londonun Viktoriya və Albert muzeyinin yeganə filialıdır. O, bir çox eksponat və əlyazmalarla yanaşı, mebel, moda, memarlıq, mühəndislik və rəqəmsal dizaynı əhatə edir.