Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında dövlət sifarişi ilə istehsal olunan “Şəki sənətkarlıq paytaxtı”, “Köç” sənədli filmlərinin, həmçinin “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən Şükür Həmidov, Mikayıl Cəbrayılov, Səfiyar Behbudov, Viktor  Seryogin və Ehtiram Əliyevə həsr olunan 5 sənədli film üzərində işlər davam etdirilir.

Ssenari müəllifi və rejissoru Vüqar İslamzadə olan “Şəki sənətkarlıq paytaxtı” qısametrajlı sənədli filminin çəkilişləri tamamlanaraq montaj mərhələsinə buraxılıb, rejissor Ayaz Salayevin “Köç” tammetrajlı sənədli filminin çəkilişinə hazırlıq işləri aparılıb.

Müdafiə Nazirliyinin dəstəyi ilə rejissorlar Zamin Məmmədov, Vəli Səyyadi, Kəmalə Musazadə, Cəmil Fərəcov və Cavid İmamverdiyev tərəfindən çəkilən Azərbaycanın Milli Qəhrəmanları haqqında filmlər isə istehsalın müxtəlif mərhələsindədir.