21-25 sentyabr tarixində Rusiya Federasiyasının İrkutsk şəhərində V.Q.Rasputin adına  “İnsan və təbiət” 17-ci Baykal Beynəlxalq kino festivalı keçirilib. 18 ölkənin qatıldığı festivalda Azərbaycanı “Qırmızı bağ” filmi təmsil edib.

Ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin olduğu ekran əsəri festival qələbələri siyahısına biri də əlavə edilib: “Qırmızı bağ” festivalda “L.İ.Qayday adına ən yaxşı oyun (bədii) filmi” nominasiyasında mükafat qazanıb.

Festivalın digər prizləri isə bu cür bölüşdürülüb: V.Q.Rasputin adına Qran-pri mükafatı Eduard Novikovun “Hökmdar quş” (Rusiya, 2018) bədii filmi qazanıb.  “Plastik Çin” (rejissor Van Stzyulyan, Çin, 2016) filmi “M.İ.Romm adına ən yaxşı sənədli film”, “Pərvanə əməliyyatı” (rejissor Gergeli Balaj, Balaj Lerner, Macarıstan, 2017) filmi “İ.D.Çerski adına ən yaxşı elmi-kütləvi film”, “Təbilçi-yenotlar zibil çeşidləyirlər” (rejissor Andrey  Levkoviç, Belarus) filmi “Ən yaxşı sosial-ekoloji çarx” nominasiyalarında qalib gəlib.

GÜLCAHAN