Yaponiyanın Haçiyoci şəhərində təşkil edilən “FotoLenz” fotosərgisində 40 ilə yaxındır ki, bu şəhərdə yaşayan həmyerlimiz, elektronika sahəsində alim, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərin fotoları da nümayiş olunub.

Həvəskar fotoqrafların müxtəlif mövzularda fotoları sentyabrın 23-dən 25-dək “Tokyu Skuar” qülləsindəki sərgi salonunda təqdim edilib.

Xəlil Kələntər qeyd edib ki, sərgidə 3 foto ilə təmsil olunur. Hər üç foto Takao dağında yerləşən məbəddə dini ayinin icrası zamanı lentə alınıb. Bu il Azərbaycana səfər etmək niyyətində olduğunu bildirən X.Kələntər növbəti  sərgidə doğma vətəndən çəkdiyi fotolarla iştirak etmək istədiyini deyib.