Gürcüstanın Axaltsixe qalası ərazisində Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və USAİD-in Gürcüstandakı nümayəndəliyinin təşkilatçılığı ilə Beynəlxalq ənənəvi sənətkarlıq festivalı keçirilib. Tədbirdə ölkəmizi “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, professor Röya Tağıyeva, bədii tikmə, hörmə ustası Şəhla Əsgərova və rəngkar, ağac, keramika üzərində bədii işləmə üzrə ixtisaslaşmış rəssam Leyla Əliyeva təmsil ediblər.

Türkiyə, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Azərbaycan və Latviyadan olan sənətkarların əl işləri – keçə, xalça, milli geyim, ipək, keramika və s. nümunələr yerli əhali ilə yanaşı, xarici turistlərin də diqqətini cəlb edib. Festivalın məqsədi sənətkarların əl işlərinin təbliği və satışına kömək göstərməkdir.

S.QALİBOĞLU