Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi Bağdad Amreyev və rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər gedişində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.
Fondun prezidenti Günay Əfəndiyeva Bağdad Amreyevi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Günay Əfəndiyeva ötən ay Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türk Şurasının VI Sammitində qəbul olunmuş qərarların türk dünyası üçün vacib əhəmiyyət kəsb etdiyini qeyd edib, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti barədə qonaqlara məlumat verib.
Fondun fəaliyyət istiqamətini yüksək qiymətləndirdiyini deyən B.Amreyev Türk Şurası ilə digər təşkilatlar arasında effektiv koordinasiyanın, ümumtürk mədəni inteqrasiyasının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.