Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən “Mədəniyyətlərin dialoqu” adlı yeni layihə reallaşdırılır.
Layihə çərçivəsində Yasamal rayon MKS-nin Mirzə Şəfi Vazeh adına Mərkəzi kitabxanası Rusiyanın A.P.Çexov adına Blaqoveşensk Şəhər Kitabxanası ilə birgə “İnformasiya hamı üçün” UNESCO Proqramının Azərbaycan komitəsinin dəstəyi ilə “Poeziya – sərhədsiz məkan” adlı telekörpü keçirib.
Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova layihə haqqında məlumat verərək qeyd edib ki, müasir kitabxana – tolerantlıq məkanı, mədəniyyətlərin dialoqu mərkəzidir və xalqlar arasında münasibətlərin qurulmasına öz töhfəsini verə bilər.
Telekörpüdə tanınmış Azərbaycan şairlərinin şeirləri həm doğma dilimizdə, həm də rus dilində səslənib.
Ən yaxşı tərcüməyə görə tərcüməçilər, eləcə də qiraətçilər A.P.Çexov adına Blaqoveşensk Şəhər Kitabxanasının fəxri fərmanları ilə təltif olunub.