Ağsu rayonunun Padar kəndində Milli Ordunun şəhid əsgəri Rüfət Nazim oğlu Fətəlizadənin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ev-muzeyi təşkil edilib. Rüfət Fətəlizadə 2014-cü ilin avqustunda Ermənistan-Azərbaycan cəbhə xəttində, Tovuz rayonunun Əlibəyli kəndi ətrafında gedən döyüşdə qəhrəmancasına həlak olub.
Muzey şəhidin ailəsi tərəfindən ictimai əsaslarla yaradılıb. Bu barədə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin İnformasiya-kommunikasiya və elmi təminat şöbəsinin müdiri Rəfiqə Rafiq qızı tərəfindən Mədəniyyət Nazirliyinə edilən müraciət təqdirəlayiq sayılıb və bundan sonra muzeyin təkmilləşdirilməsi istiqamətində işə başlanılıb. Muzeydə şəhidin şəxsi əşyaları və fotoları sərgilənir.