Sumqayıt Dövlət Dram Teatrı paytaxt sənətsevərlərinin qonağı olub. Yaradıcı kollektiv Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Xalq Cümhuriyyətinin 100, Hüseyn Cavidin 135 və Sumqayıt teatrının 50 illiyi münasibətilə Nizami Muradoğlunun “Zülmətdə nur” mənzum pyesinin tamaşasını təqdim edib.
Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi səhnə əsəri ötən əsrin 30-cu illərinin repressiyalarında görkəmli şair-dramaturq Hüseyn Cavidin ailəsinin faciəvi taleyindən, şairlər Əhməd Cavad və Mikayıl Müşfiqin keşməkeşli həyatından bəhs edir. Rolları əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Habil Xanlarov, Rövşən Əsgərov, Akif Mirzəyev, İlham Səfərli, Dağlar Rüstəmov, İlahə Səfərova, Sədaqət Nuriyeva, Rövşad İlyasov, Oqtay Mehdiyev, Şəhla Məmmədova, Kamran Muradlı, Orxan Firudinov və Şəmistan Süleymanlı ifa ediblər. Tamaşa maraqla qarşılanıb.