Belarusun paytaxtı Minskdə MDB ölkələrinin 3-cü “Euroasia.doc” sənədli filmlər festivalı keçirilib. Festivalda ölkəmizi rejissor Cavid İmamverdiyevin “Dublyaj” studiyasında dövlət sifarişi ilə çəkdiyi “Eviniz nurla dolsun” sənədli filmi təmsil edib.

Multikulturalizm və tolerantlıq mövzusunda olan film müsabiqəyə təqdim edilmiş 150 film arasından seçilərək 24 ekran əsərindən ibarət finalçılar sırasında yer alıb və diploma layiq görülüb.