Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Mingəçevir Dövlət Dram Teatrının əməkdaşlarının təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.

Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Xəzər Novruz oğlu Gəncəliyə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə “Əməkdar artist” fəxri adı verilib.

Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Mingəçevir teatrının əməkdaşları Abbasov Zülfüqar Qulu oğlu, Mirabov Akif Əhməd oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Həmçinin teatrın əməkdaşları Əliyeva Afət Məmməd qızı, Həşimov Rafael Zeynal oğlu, İbrahimli Qabil Mahmud oğlu, İmamverdiyev Yusif İmamverdi oğlu, Quliyev Aydın Baloğlan oğlu Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüblər.

* * *

Prezident İlham Əliyevin oktyabrın 16-da imzaladığı daha bir sərəncamla Sumqayıt Dövlət Dram Teatrının əməkdaşları Cəfərova Rüxsarə Əliağa qızı, Xanlarov Habil Tehran oğlu, Qurbanova Vəfa Əli qızı, Məmmədov Vidadi Mansur oğlu, Məmmədova Mayə Əliağa qızı, Mirzəyev Akif Əziz oğlu, Müzəffərov Arif Valeh oğlu Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif ediliblər.