Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 288 nömrəli tam orta məktəbdə “Cümhuriyyət dövründə təhsil” mövzusunda tədbir keçirilib.
Məktəbin direktor müavini Jalə Qədirli Bilik Fondunun maarifləndirici layihələrinin səmərəli nəticələr verdiyini deyib.
Fondun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Cümhuriyyət tariximizdən, həmin dövrdə aparılmış təhsil islahatlarından danışıb. Mövzu ətrafında fikir mübadiləsindən sonra şagirdlərin hazırladıqları kompozisiya təqdim edilib.
“Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Cümhuriyyət tələbələri” sənədli filmi məktəblilərin böyük marağına səbəb olub.