Ölkəmizin Tacikistandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Tacikfilm” kinostudiyasında “Əbədi ezamiyyət” sənədli-bədii filmi nümayiş etdiriləcək.

Baş prodüseri Arzu Əliyeva olan film 2016-cı ildə Bakı Media Mərkəzi tərəfindən çəkilib. Ekran əsəri 1919-cu ildə Paris Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.