Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları təcrübə mübadiləsi layihəsi çərçivəsində Şamaxı, Qəbələ və Şəki rayonlarında olublar.

Kompleksin rəhbərliyinin təşəbbüsü ilə 20-yə yaxın əməkdaşın Şamaxı Cümə məscidinə, Şəkidəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğuna, rayonun Kiş kəndindəki “Alban məbədi” qoruğuna və Qəbələ Arxeoloji Qoruğuna səfərləri təşkil edilib.

Səfər zamanı əməkdaşların həmkarları ilə ünsiyyəti, təcrübəli qoruq işçiləri ilə tanış olmaları, məsləhətləşmələr gənc mütəxəssislərin iş prosesinə müsbət təsir göstərəcək.